← Siteye dön

Rentgen ölçmə

Ölçmə aləti · Klinik qərarı əvəz etmir

Görüntü yüklənir…Nümunə şəkil

Sağ

—°

Ölçmə gözlənilir

Sol

—°

Ölçmə gözlənilir

Yaş seçilməyib

0/6

Orta xəttin başlanğıc nöqtəsini yerləşdirin.

Rentgen şəklini buraxın
—Tək klik: nöqtə · Təkər: böyütməHazır

Pasiyent məlumatları

Yaşı seçin. Yaşa uyğun istinad həddi avtomatik tətbiq olunacaq.

R — pasiyentin sağı, L — pasiyentin solu. Şəkildəki hərflərə əsasən seçin.

Sol — L işarəsi olan tərəf, Sağ — R işarəsi olan tərəf. Adi görünüşdə ekranın sağında Sol, solunda Sağ göstərilir.

Daha çox

Əlavə alətlər burada toplanıb. Pəncərəni bağlayıb ölçməyə davam edə bilərsiniz.

İşi saxla və davam et

Layihə faylı rentgeni və nöqtələri saxlayır. Sonradan açıb redaktə edə bilərsiniz.

Nöqtələri dəqiq dəyiş 0/6

Nöqtəni siyahıdan seçin, X/Y qiymətini dəyişib “Tətbiq et” basın.

Rentgen üzərində seçilmiş nöqtəni ox düymələri ilə 1 px, Shift+ox ilə 10 px dəyişə bilərsiniz.

Parlaqlıq və görüntü

Orta xətt ilə diş oxu arasındakı kiçik bucaq (0–90°).

Altı nöqtə ilə ölçmə

Bu alət panoramik rentgendə orta xətt ilə iki dişin uzun oxu arasındakı kiçik bucağı ölçür. Anatomik nöqtələri mütəxəssis yerləşdirir.

  1. Rentgeni açın. JPG, PNG, WebP və BMP qəbul edilir. DICOM faylını əvvəlcə uyğun görüntüyə ixrac edin.
  2. Yaşı və R/L istiqamətini seçin. Şəkildəki markerdən istifadə edin. Güzgü görünüşü anatomik tərəfləri dəyişmir.
  3. Orta xəttə iki nöqtə qoyun. Sonra ekrandakı göstərişə uyğun sol və sağ diş oxlarının hərəsinə iki nöqtə yerləşdirin.
  4. Nəticəni yoxlayın. Adlar pasiyentə görədir: L tərəfi Sol, R tərəfi Sağ adlanır. Adi görünüşdə ekranın sağındakı xətt və üstündəki qutu Sol, solundakılar Sağ göstərir. Güzgü görünüşündə qutular xətlərlə birlikdə yerini dəyişir, tərəf adları saxlanır. Nöqtələri sürüşdürərək dəqiqləşdirin.
  5. İşinizi saxlayın. PNG bütün şəkli və nəticələri saxlayır. JSON layihəsi nöqtələri sonradan redaktə etmək üçündür.

V Ölçmə
M Hərəkət
F Ekrana sığdır
Space Müvəqqəti hərəkət

Ctrl Z Geri al
Ctrl Y İrəli qaytar
Ctrl S Layihəni saxla
Esc Seçimi ləğv et

Telefonda iki barmaqla böyüdün və hərəkət etdirin. Səhifə bağlananda iş avtomatik saxlanmır; davam etmək üçün layihəni yükləyin.

Metod və istinad hədləri

İki xətt arasındakı bucaq vektorların skalyar hasilindən hesablanır. Göstərilən qiymət istiqamətdən asılı olmayan kiçik bucaqdır: 0–90°. Xətt nöqtələrinin sırası nəticəni dəyişmir.

İlkin Rev128 faylından saxlanılmış hədlər
YaşHəddMənbə vəziyyəti
1347,1°İlkin fayl
1451,8°Xülasədə də göstərilir*
1554,7°İlkin fayl
1642,3°İlkin fayl
1746,3°İlkin fayl

Müqayisə yuvarlaqlaşdırılmamış bucaqla aparılır: ≤ hədd və > hədd. Digər yaşlar üçün hədd hesablanmır və interpolasiya edilmir.

* Valiyeva və Gasımovanın tədqiqat xülasəsi 14 yaş üçün 51,8° bildirir. Digər dörd hədd və burada seçilən orta xəttin tədqiqat metoduna uyğunluğu bu xülasə ilə təsdiqlənmir.

Həddlə müqayisə diaqnoz, dişin çıxma zəmanəti və ya müalicə göstərişi deyil. Klinik tətbiqdən əvvəl hədlər və anatomik ölçmə protokolu mütəxəssis tərəfindən yoxlanmalıdır.

Nəticəni çıxar

Hesabata tam rentgen, nöqtələr, bucaqlar, yaş, istiqamət və qeyd daxil edilir. Ekrandakı böyütmə şəkli kəsmir.

Dəyişikliyi təsdiqləyin